BAKI, 19 noyabr TELEQRAF

Paytaxtın Nəsimi rayonunda quldurluq cinayəti qeydə alınıb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Naməlum şəxslər axşam saat 20 radələrində zərərçəkənə fiziki zor tətbiq edərək 2500 manat dəyərində mobil telefonunu ələ keçiriblər. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən A.Nəcəfzadə, A.Qurbanlı, N.Bayramov, M.Məmmədov, R.Əzizov və Ş.Bağırov müəyyən olunaraq saxlanılıblar.

Digər tədbirlə Alatava qəsəbə sakininin evindən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən F.Ramazanov da tutulub.

Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.