BAKI, 28 oktyabr. TELEQRAF

Balıkəsirin Sındırgı rayonunda baş vermiş 6,1 bal gücündə zəlzələdən sonra bölgədəki dağıntılar və zərərçəkmişlərlə bağlı məlumat verilib.

Teleqraf xəbər verir ki, bu barədə vilayət rəhbəri İsmail Ustağlu jurnalistlərə açıqlama verib.

O, zəlzələdə ölənlərin olmadığını təsdiqləyib.

Vilayət rəhbərinin sözlərinə görə, zəlzələ nəticəsində 22 nəfər yaralanıb. Onlardan 4-ü evə buraxılıb, xəstəxanada müalicə olunan digər yaralıların isə ümumi vəziyyətinin yaxşı olduğu bildirilib.

Ustaoğlu qeyd edib ki, AFAD və aidiyyəti qurumlar sahədə yoxlamalara davam edir.

***

01:26

Balıkəsirin Sındırgı rayonunda baş verən 6,1 bal gücündə zəlzələdən sonra aparılan araşdırmalarda istifadədə olmayan üç binanın və bir dükanın uçduğu müəyyən edilib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.

Onun sözlərinə görə, hadisə nəticəsində itki qeydə alınmayıb.

Afet və Təcili Durum İdarəetmə Agentliyi (AFAD) və əlaqədar qurumlar bölgədə araşdırma və qiymətləndirmə işlərini davam etdirir.

Zəlzələ Balıkəsirlə yanaşı İstanbul, İzmir, Bursa, Kocaeli və digər vilayətlərdə də hiss olunub.

***

00:06

BAKI, 28 oktyabr. TELEQRAF

Balıkesirin Sındırgı bölgəsində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, zəlzələ İstanbul, Manisa, İzmir və Aydın kimi vilayətlərdə də hiss olunub.

Dağıntı barədə məlumat yoxdur.