MİNGƏÇEVİR, 21 oktyabr. TELEQRAF
Mingəçevirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Təbriz küçəsində baş verib.
Avtomobil yolu keçən iki qadını vurub.
1956-cı il təvəllüdlü Zöhrə Vahid qızı İsmayılova müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. 1968-ci il təvəllüdlü Firəngiz Əhmədovanın isə həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma başlanıb.