BAKI, 21 oktyabr. TELEQRAF
Sabunçu rayonundakı qətlin bəzi təfərrüatları məlum olub.
Teleqraf-ın əldə etdiyi xəbərə görə Emil Əliyev yeniyetmə Y.A.-nın atalığı imiş.
Məlumata görə, Emil Əliyev 3 ildir ki, yeniyetmənin anası Təhminə Əliyeva ilə qeyri-rəsmi nikahda yaşayıb. Qonşuların sözlərinə görə, E.Əliyev içki aludəçisi olub. Hadisə baş verməzdən əvvəl o, sərxoş vəziyyətdə Təhminəyə qarşı təhqiramiz ifadələr işlədib. Buna əsəbiləşən yeniyetmə atalığını bıçaqlayıb.
***
16:42
Oktyabrın 21-də Sabunçu rayonu ərazisində 1980-ci il təvəllüdlü Emil Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Teleqraf-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Araşdırma zamanı 2009-cu il təvəllüdlü şəxsin bıçaqla xəsarətlər yetirərək Emil Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Şəxs rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
Əsəd Məmmədəliyev
***
15:42
Bu gün Bakının Sabunçu rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Teleqraf-ın məlumatına görə, Maştağa qəsəbəsində yaşayan 2009-cu il təvəllüdlü yeniyetmə Y.A. atası 1980-ci il təvəllüdlü Əliyev Emil Çingizoviçə dörd bıçaq zərbəsi vurub.
İlkin məlumata görə, yeniyetmə atasına qarşı anası Təhminə Əliyevanı təhqir etdiyi üçün bu əməli törədib. Cinayətdə istifadə edilən bıçaq kanalizasiya quyusuna atılıb.
Hazırda Sabunçu Rayon Prokurorluğu və Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparır.
.jpg)
