ŞƏMKİR, 19 oktyabr. TELEQRAF

Şəmkir Rayon Polis Şöbəsinə rayonun Kür qəsəbəsində yaşayan bir sakinin evinə maskalı, naməlum şəxsin qanunsuz daxil olaraq ev sahibinə küt alətlə xəsarət yetirməsi və 3 000 manat nağd pulu ələ keçirməsi barədə məlumat daxil olub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən qəsəbə sakini, 44 yaşlı Akif Məmmədov müəyyən edilərək saxlanılıb və istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.