BAKI, 19 oktyabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Samur-Abşeron su kanalının Xaçmaz rayonunun Alıcqışlaq kəndindən keçən hissəsində 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

FHN-dən Teleqraf-a bildirilib ki, Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.