BAKI, 27 sentyabr. TELEQRAF

Şamaxı rayonunun Şəhriyar qəsəbəsi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Qeyd edilib ki, araşdırmalarla yanğının rayon sakini Fuad Səmiyev tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 1 hektar əkin sahəsi yanıb.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.