BAKI, 15 sentyabr. TELEQRAF

Masazırda elektrik cərəyanı vurması nəticəsində şəxsin ölməsi ilə bağlı araşdırma aparılır.

Bu barədə Teleqraf-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, sentyabrın 14-də Masazır qəsəbəsində fərdi yaşayış evinin həyətində iş görən zaman elektrik cərəyanı vurması nəticəsində 1968-ci il təvəllüdlü Davud Cavadovun vəfat etməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.