BAKI, 5 sentyabr. TELEQRAF

Tovuzda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, avtomobil yolu keçmək istəyən 1967-ci il təvəllüdlü Firudin Səfərovu vurub.

Piydada xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağırdır.

İlkin məlumata görə, sürücü hadisə yerindən qaçıb.