BAKI, 5 sentyabr. TELEQRAF

Astara rayonunda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölməsinin əməkdaşları tərəfindən müvafiq qurumlarla birgə araşdırmalara başlanılıb.

Bu barədə Teleqraf-a agentlikdən məlumat verilib.

Bildirlib ki, araşdırmaların nəticəsi ilə bağlı məlumat veriləcək.

18:11

Bu gün 11:00 radələrindən etibarən müxtəlif qastrointestinal şikayətlərlə 8-i uşaq olmaqla, ümumilikdə 15 nəfər (9-u qadın, 6-sı kişi cinsli) Astara Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Teleqraf xəbər verir ki, bu barədə TƏBİB-in yaydığı məlumatda bildirilir.

"Müalicələri Yoluxucu xəstəliklər şöbəsində davam etdirilən pasiyentlərdən 13-nün vəziyyəti qənaətbəxş, 2-nin vəziyyəti isə nisbi ağırdır".

***

18:00

Astarada kütləvi zəhərlənmə olub.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Astara rayonunun Motlayataq kəndində kütləvi zəhərlənmə hadisəsi baş verib. İlkin məlumata görə, kəndin 15-ə yaxın sakini halının pisləşməsi ilə rayon xəstəxanasına yerləşdirilib. Onlardan 10 nəfəri həkimlər tərəfindən infeksion şöbəyə köçürülüb.

Zərərçəkənlərin sözlərinə görə, onlar qarpız yedikdən sonra səhhətlərində ciddi problemlər yaranıb və təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.