GƏNCƏ, 5 sentyabr. TELEQRAF

Gəncə şəhərində ümumi sahəsi 250 m² olan birmərtəbəli, 4 otaqlı evin iki otağının və dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Yüksək temperaturdan bitişik sahəsi 50 m² olan talvarın lambirdən ibarət tavanı əriyib. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

09:05

Gəncə şəhərində dörd otaqlı fərdi yaşayış evində yanğın olub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub və yanğın söndürülüb.

Hadisə zamanı evdə olan 1955-ci il təvəllüdlü Əli Məmmədov və onun həyat yoldaşı 1957-ci il təvəllüdlü Validə Məmmədova tüstüdən zəhərlənib.

Zərərçəkənlərə tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.