AĞDAŞ, 4 sentyabr. TELEQRAF

Ağdaşda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ağdaş-Qəbələ avtomobil yolunun Türyançay qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib.

İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində qəsəbə sakinləri - Nurlan Səfərov və Namiq Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə yerinə DYP əməkdaşları və təcili yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma başlanıb.