BAKI, 3 sentyabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Gədəbəy rayonunun Dördlər kəndində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Teleqraf-a qurumun Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Relyefin mürəkkəbliyinə və havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 5 hektar sahədə quru ot və kol-kos yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.