BAKI, 3 sentyabr. TELEQRAF

Suriyanın şimal-şərqində avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 12 nəfər ölüb.

Teleqraf SANA-ya istinadən xəbər verir ki, ölənlərin arasında uşaqlar da var.

Bildirilir ki, Əş-Şəddədə-Həsəkə avtomobil yolunda yanacaq daşıyan tankerlə avtobusun toqquşması nəticəsində 20-yə yaxın şəxs xəsarətlər alıblar.