LƏNKƏRAN, 2 sentyabr. TELEQRAF

Yeni Ələt-Astara magistral yolunun təqribən 152-ci kilometrliyində, Lənkəran rayonu ərazisindən keçən hissədə yanğın hadisəsi baş verib.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, ərazidə quru ot, kol-kos sahələri alışıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Küləkli hava şəraiti səbəbindən alov ətraf ərazilərə sürətlə yayılır. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.