BAKI, 2 sentyabr. TELEQRAF
Abşeron rayonunun Digah qəsəbəsində süni sututarında batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
***
15:19
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonunun Digah qəsəbəsində 1 nəfərin süni sututarında batması barədə ilkin məlumat daxil olub.
FHN-dən Teleqraf-a bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.