GƏNCƏ, 4 avqust. TELEQRAF

Gəncə şəhərində Poçt qəsəbəsi Gənclər küçəsində 1987-ci il təvəllüdlü Elnur Yolçuyevə məxsus evdə yanğın baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, bir otaq və həyətyani sahədə olan dülgər emalatxanasında baş vermiş yanğın söndürülüb.

Hadisənin səbəbləri araşdırılır.

***

16:19

Gəncədə fərdi yaşayış evlərindən birində yanğın başlayıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri və canlı qüvvəsi cəlb olunub.

Alovun söndürülüməsi istiqamətində iş aparılır.