BEYLƏQAN, 5 iyul. TELEQRAF

İyulun 3-də Yeni Xanqızı suvarma kanalının Beyləqan şəhəri, Xocavənd qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Axtarışlar nəticəsində kanalda batmış 2011-ci il təvəllüdlü Qasımlı Əkbər Nizami oğlunun meyiti bu gün suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

17:30

Beyləqanda kanalda batan 16 yaşlı yeniyetmənin meyiti tapılıb.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, Xanqızı kanalının Beyləqandan keçən hissəsində Eyvazallar kənd sakini Qasımov Əkbər Nizami oğlu iyulun 3-də oarada çimərkən batmışdı.

Hazırda onun meyitinin sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilməsi prosesi aparılır.

Faktla bağlı araşdırma başlanıb.