BAKI, 2 iyul. TELEQRAF
Bakının Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə "Azpetrol" yanacaq doldurma məntəqəsinin qarşısında qeydə alınıb.
Məlumata görə, "Changan A05" markalı minik avtomobili ilə motosiklet toqquşub.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.
Qeyd edək ki, motosikletin sürücüsü "Bolt"un kuryeri olub.