
TOVUZ, 21 iyun. TELEQRAF
Ehtiyatsızlıqdan yanıq xəsarətləri alan Tovuz rayon sakini ölüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, Əlibəyli kənd sakini 1991-ci il təvəllüdlü Zabil İbrahimov gecə saatlarında yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Ona tibbi yardım göstərilsə də səhər saatlarında həyatını itirib.
İlkin məlumata görə, 34 yaşlı Zabil İbrahimov ehtiyatsızlıqdan üzərinə tökülən benzinin alışması nəticəsində yanıq xəsarətləri alıb.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.