BAKI, 20 iyun. TELEQRAF
19 iyun tarixdə Ucar rayonu Ramal kənd ərazisində baş verən yol nəqliyyat hadisəsi nəticəsində 2 nəfər (kişi cinsli) Ucar Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım bölməsinə hospitalizasiya edilib.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
***
19:59
UCAR, 19 iyun. TELEQRAF
Ucar rayonu ərazisində yol qəzası olub.
Teleqraf-ın yerli bürosunun məlumatına görə hadisə Ramal kəndi ərazisində baş verib.
Belə ki, idarəetmədən çıxan minik avtimobilinin aşması nəticəsində maşında olan iki nəfər Bakı sakini müxtəlif bədən xəsarərləri alıb. Yaralılar (1984-cü il təvəllüdlü Niftəliyev Vüqar Tahir oğlu və 1987-ci il təvəllüdlü Ələkbərov Zaur Qəzənfər oğlu) xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.