GƏNCƏ, 19 iyun. TELEQRAF
Bu gün saat 18:50 radələrində 2013-cü il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Sol ayağın sınığı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.
***
19:32
Gəncə şəhərində azyaşlı bədbəxt hadisə nəticəsində xəsarət alıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, 2013-cü il təvəllüdlü Muhamməd Hüzüryani ayaq nahiyəsi və baldırın sınığı diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Ona lazımı tibbi yardım göstərilib. Vəziyyəti orta-ağırdır. İlkin məlumata görə, azyaşlının üzərinə daş hasar aşan zaman ayaq nahiyyəsindən xəsarət alıb.