BAKI, 17 iyun. TELEQRAF
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 xilasetmə əməliyyatı keçirilib.
FHN-in mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2-si uşaq olmaqla 4 nəfərə müvafiq köməklik göstərilib.