YEVLAX, 16 iyun. TELEQRAF
Yevlaxda idarəetmədən çıxan avtomobil yol kənarındakı yulğun kolluğuna düşüb.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə Əkşəm kəndi yaxınlığında baş verib.
İdarəetmədən çıxaran "Hunday" markalı avtomobil yol kənarındakı yulğun kolluğuna düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 1989-cu il təvəllüdlü sürücü Bəşirli Vüsal Bəliyar oğlu ətrafdakıların köməkliyi ilə maşından çıxarılaraq xəstəxanaya çatdırılıb.
Kəllə beyin travması, həmçinin çənə nayihəsindən kəsik xəsarəti alan yaralının müayinə və müalicəsi davam edir.