BAKI, 16 iyun. TELEQRAF

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 14-ü və 15-də ümumi çəkisi 60,2 kiloqramdan artıq narkotik vasitə, 326 ədəd psixotrop tərkibli həb və kultivasiya yolu ilə yetişdirilmiş 606 ədəd çətənə kolu götürülüb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yabanı halda bitmiş 4,6 ton çəkidə 4263 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.