BAKI, 15 iyun. TELEQRAF
Sabirabadda klinikada baş verən yanğın söndürülüb.
Teleqraf xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabirabad rayonunda klinikada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində birmərtəbəli klinikanın dam örtüyündə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
***
17:25
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sabirabad rayonunda klinikada yanğın olması barədə ilkin məlumat daxil olub.
Teleqraf xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin müvafiq yanğınsöndürmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.