BEYLƏQAN, 14 iyun. TELEQRAF
İyunun 14-də Beyləqanda bazarda baş verən yanğın zamanı 3 nəfər xəsarət alıb 13 nəfər tüstüdən zəhərlənib.
Teleqraf-ın yerli bürosunun sorğusuna verilən məlumatda yanğında xəsarət alanların siyahısı bu cür göstərilib:
2004-cü il təvəllüdlü Şirinzadə Məhəmməd Mehman oğlu sol ayağın 1-ci barmağının kəsilmiş yarası,
1984-cü il təvəllüdlü Səfərov Dəyanət Taleh oğlu sol biləyin kəsilmiş, cırılmış yarası,
1995-ci il təvəllüdlü Hacızadə Sənay Ramiz oğlu sol qolun mismarla cırılmış diaqnozu ilə xəsarər alıb.
Yanğın zamanı bir nəfər yanğınsöndürən əməkdaşı olmaqla 13nəfər tüstüdən zəhərlənmə ilə Beyləqanda təcili tibbi yardıma müraciət edib.
Tüstüdən zəhərlənələr aşağıdakılardı:
1985 ci il təvəllüdlü yanğınspndürın əməkdaşı Balakişiyev İbadət Samir oğlu,
2005-ci il təvəllüdlüƏlizadə Rəşad Habil oğlu ,
1972-ci il təvəllüdlü Behbudova Şəfiqə Əsgər qızı
1992-ci il təvəllüdlü Baxışlı Əyyub Arif oğlu,
2001-ci il təvəllüdlü Yunisov Ramiz Ramil oğlu,
1986-cı il təvəllüdlü Kazımov Ceyhun Əli oğlu
2000-ci il təvəllüdlü Şirinov Arif Rövşən oğlu,
2005-ci il təvəllüdlü Bayramov Nihad Elməddin oğlu ,
1995-cj il təvəllüdlü Bəhrəmli Kamran Əli oğlu,
1982-ci il təvəllüdlü Məmmədov Fəzail Əbil oğlu,
1970-ci il təvəllüdlü Behbudov Niyazi Qaraca oğlu,
2005-ci il təvəllüdlü Mehtiyev Elgün Zöhrab oğlu və 2007-ci il təvəllüdlü
Əlizadə Vüqar Ramil oğlu tüstüdən zəhərlənib. Müraciət edənlər müayinə və müalicə tədbirlərindən sonra evə buraxılıb.
***
10:53
İyunun 14-də saat 02:00 radələrində Beyləqan rayonunda baş verən yanğında xəsarət alması səbəbilə 16 nəfər (15-i kişi, 1-i qadın cinsli olmaqla) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlardan 1984-cü il təvəllüdlü şəxsə sol biləyin kəsilmiş, cırılmış yarası, 1995-ci il təvəllüdlü şəxsə sol qolun cırılmış yarası, 2004 -cü il təvəllüdlü şəxsə isə sol ayağın 1-ci barmağının kəsilmiş yarası, digər şəxslərə isə tüstüdən zəhərlənmə diaqnozu təyin edilib.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Xəsarət alan şəxslərin hər birinə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
***
03:28
Beyləqan şəhərində bazar ərazisində bitişik tikilmiş müxtəlif təyinatlı mağazalarda baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.
***
02:55
Beyləqan şəhəri bazar ərazisində yerləşən bitişik tikilmiş müxtəlif təyinatlı mağazalarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən daha böyük sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hazırda yanğının tam söndürülməsi və yanan mağazalarda yerləşən malların təhlükəsiz əraziyə daşınması işləri davam etdirilir.
***
01:01
Beyləqanda bazar yanır.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb edilib.
Baş vermiş yanğının söndürülməsi üçün ətraf rayonlardan - Ağcabədi, Füzuli və İmişlidən yanğınsöndürənlər əraziyə cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Baş vermiş yanğınla əlaqədar bazarda fəaliyyət göstərən sahibkarlara xəbər verilib.
Mağazalardakı malların salamat çıxarılması üçün tədbirlər görülür.