BAKI, 12 iyun. TELEQRAF

Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti yaxınlığında açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Əlavə məlumat veriləcək.

***

15:14

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti yaxınlığında açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən Teleqraf-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.