BAKI, 11 iyun. TELEQRAF

İyunun 11-də saat 10:50 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxanada oksigen kompressorunda nasazlıq yaranıb, hazırda bərpa işləri davam etdirilir.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, hadisə ilə əlaqədar 2 pasiyent Akademik Z.Məmmədov adına Xəstəxanaya təxliyə edilib, müalicələri davam etdirilir.

Hazırda Abbas Səhhət adına Xəstəxanada tibbi xidmətlərin göstərilməsində fasilə yaranmayıb.

***

11:53

GƏNCƏ, 11 iyun. TELEQRAF

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Abbas Səhhət adına 1 saylı Xəstəxanasında oksigen balonunun yanması ciddi problemələrə yol açıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hazırda xəstəxananın Reanimasiya şöbəsində olan xəstələr Gəncə Şəhər Zülfüqar Məmmədov adına 3 saylı Xəstəxanaya köçürülürlər.

İlkin məlumata görə, oksigen balonuna bağlı bir neçə xəstə təxliyə olunub.

Hazırda Abbas Səhhət adına Xəstəxanada işıqlar söndürülüb, bəzi xidmətlər dayandırılıb.