
GƏNCƏ, 10 iyun. TELEQRAF
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, şəhər ərazisində qeydə alınan hadisə nəticəsində yolu keçmək istəyən 1965-ci il təvəllüdlü Rəna Cahangirovanı avtomobil vurub.
Yaralı xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.