GÖYGÖL, 5 iyun. TELEQRAF

Göygöl rayonunda oğul anasını döyüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, 1954-cü il təvəllüdlü Həqiqət Alıyeva döyülmə xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

71 yaşlı qadına tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, qadını öz oğlu pula görə döyüb.