BAKI, 1 may. TELEQRAF
Paytaxtın Qaradağ rayonunda məktəblərdən birinin ətrafında naməlum şəxsin uşaqları hüquqazidd əməllərə məruz qoyması ilə bağlı yayılan iddialar araşdırılıb.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, Qaradağ Rayon Polis İdarəsi əməkdaşları tərəfindən naməlum şəxs müəyyən olunaraq, polis idarəsinə dəvət edilib. Xanımın hər hansı kriminal hadisə ilə əlaqəsi olmadığı müəyyən edilib, barəsində yayılan iddiaların əsassız olması sübuta yetirilib.
"Sosial şəbəkə üzərindən həmin görüntülərlə bağlı təşviş yaradan digər qadın da müəyyən olunaraq, polis idarəsinə çağırılıb, onunla profilaktik iş aparılaraq məsuliyyət tədbirləri görülüb. Vətəndaşlara tövsiyə edirik ki, faktsız, əsası olmayan məlumatları paylaşmaqdan çəkinsinlər, şübhə doğuran hallar varsa, dərhal polisi məlumatlandırsınlar", - deyə məlumatda qeyd olunub.