GƏNCƏ, 22 mart. TELEQRAF

Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı avtomillə iki "KİA" markalı maşınla toqquşub. Hadisə nəticəsində 1998-ci il təvəllüdlü Ə.A. və 2001-ci təvəllüdlü R.Ə. müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb və onlara tibbi yardım göstərilib.

İlkin ehtimala görə, qəzaya səbəb yağışlı havada yolun sürüşkənliyi olub.