YEVLAX, 19 mart. TELEQRAF

Yevlaxın Yuxarı Qarxun kəndindəki orta məktəbin qarşısındakı yaşıllıq zolağında baş verən yanğın lokallaşdırılıb.

Teleqraf-ın bölgə müxbiri xəbər verir ki, yanğın nəticəsində bir neçə ağac yanaraq tamamilə yararsız hala düşüb.

İlkin məlumata görə, yanğın təxminən 200 kvadratmetr sahədə başlayıb və qısa müddət ərzində genişlənib.

Hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadaları alovun qarşısını alaraq yanğını lokallaşdırmağa nail olublar.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

***

19:14

YEVLAX 19 mart. TELEQRAF

Yevlaxda məktəbin yaxınlığındakı ərazidə yanğın olub.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə Yuxarı Qarxun kəndindəki orta məktəbin qarşısındakı yaşıllıq zolağında qeydə alınıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəlada Hallar Nazirliyinin iki yanğınsöndürmə briqadası cəlb edilib.

Əlavə məlumat veriləcək.