
BAKI, 19 mart. TELEQRAF
Bakının Binəqədi rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 36 m² olan 2 otaqlı mənzildə eyvanın yanar konstruksiyaları 3 m² sahədə və 3 ədəd məişət avadanlığı yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.