
BƏRDƏ, 19 mart. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Nazirlikdən Teleqraf-a bildirilib ki, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda batdığı ehtimal olunan 2008-ci təvəllüdlü Xəlilova Gülçin Cəfər qızının axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
09:45
Bərdədə qadın su kanalında batıb.
Teleqraf-ın yerli bürosunun xəbərinə görə, hadisə Yuxarı Qarabağ kanalının Bərdə rayonunun ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, gənc qadın intihar məqsədilə özünü kanala atıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin dalğıc axtarış qrupu cəlb olunub. Qadının axtarışları davam edir.