GƏNCƏ, 18 mart. TELEQRAF

Kəlbəcərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Qamışlı kəndində qeydə alınıb.

Belə ki, yük avtomobilinin aşması nəticəsində 1961-ci il təvəllüdlü Mirabbas Məmmədov və 1977-ci il təvəllüdlü Ramin Şahnəzərov hadisə yerində ölüblər.

Daha bir nəfər 1988-ci il təvəllüdlü Elçin Nadirov isə ağır vəziyyətdə yaxınlıqda yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.