
BAKI, 17 mart. TELEQRAF
Goranboy rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən məlumata görə, Goranboy rayonunun Dəliməmmədli kəndində ümumi sahəsi 200 m² olan mağazanın damına vurulan üzlük 5 m² sahədə yanıb.
Yüksək temperaturdan 1 ədəd kondisionerin mühərrik hissəsi qismən əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.