
TOVUZ, 17 mart. TELEQRAF
Bir neçə gün öncə Tovuz rayonunun Aşağı Quşçu kəndində özünü asaraq, intihar edən 11-ci sinif şagirdinin (Ə.S) atası bu gün intihar edib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, səhər saatlarında 48 yaşlı M.Səfərov yaşadığı evin çardağından özünü asaraq öldürüb.
Yaxınları onun meyitini asılmış vəziyyətdə tapıblar. Hadisə yerinə rayon polis və prokurorluq orqanı əməkdaşları cəlb olunublar.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Tovuz rayon Şöbəsinə gətirilib.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma başlanılıb.