
BAKI, 15 mart. TELEQRAF
Bakının Sabunçu rayonunda beşmərtəbəli binada yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin eyvanında 1 ədəd məişət avadanlığı və qismən 3 paq.m mebel yanıb.
Yüksək temperaturdan lambirdən ibarət divar üzlüyü 2 m² sahədə əriyib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.