BAKI, 15 mart. TELEQRAF

Azərbaycan və Ermənistan arasında ictimaiyyətə açıqlanmayan anlaşmalar da var.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Artur Martirosyan deyib.

“Bütün razılaşmalar yazılı şəkildə bağlanmır. Müəyyən şəraitlə bağlı olaraq, qeyri-rəsmi razılaşmanın mümkünlüyünü istisna etməzdim. Ola bilsin, hakimiyyət bunları həyata keçirmək üçün uyğun zəmin gözləyir. Fikrimcə, hakimiyyət Ermənistanda sabitliyin pozulacağı ehtimalına görə indi buna hazır deyil. Uyğun bir şərait yaranan kimi həyata keçiriləcək”, - ekspert bildirib.

Martirosyan qeyd edib ki, açıqlanmayan razılaşmalar Azərbaycanın tələbi ilə Ermənistan konstitusiyasının dəyişdirilməsi, Zəngəzur dəhlizinin açılması və ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlıdır.