
TOVUZ, 14 mart. TELEQRAF
Tovuzda məktəbli intihar edib.
Qazax-Tovuz Regional Təhsil İdarəsindən Teleqraf-a bildirilib ki, hadisə məktəbdən kənarda qeydə alınıb.
“Belə bir hal qeydə alınıb. Hadisə məktəbdən kənarda baş verib. Hüquq mühafizə orqanları araşdırma aparır. Bununla bağlı onlarla əlaqə saxlayın”.
***
11:11
Tovuzda məktəbli özünü asıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
Belə ki, 11-ci sinif şagirdi Ə.S yaşadığı evdə özünü asaraq intihar edib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma başlanılıb.