BAKI, 15 mart. TELEQRAF

ABŞ prezidenti Donald Trampın iddiasına baxmayaraq, Rusiya ordusu Kursk vilayətində Ukrayna qüvvələrini mühasirəyə almayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Forbes” Ukrayna hərbi mənbələrinə istinadla məlumat yayıb.

Tramp bundan əvvəl bildirmişdi ki, hazırda minlərlə Ukrayna əsgəri ruslar tərəfindən mühasirəyə alınıb.

Kurskda döyüşlərdə iştirak edən ukraynalı hərbçi ABŞ nəşrinə deyib ki, Amerika prezidenti yalan danışır.