BAKI, 15 mart. TELEQRAF

"Süni intellektdən istifadə Azərbaycan iqtisadiyyatına 40 milyard dollar fayda verə bilər".

Teleqraf xəbər verir ki, bunu Dördüncü sənaye inqilabının təhlili və koordinasiya mərkəzinin icraçı direktoru Fariz Cəfərov XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Yeni dünya üçün yeni texnologiyalar" panel müzakirədə deyib.

"Süni intellektdən istifadə 2030-cu ilə qədər 40 milyard dollar Azərbaycan iqtisadiyyatına fayda verə bilər. Belə ki, 180 min iş yeri yaradılacaq və 96 min iş yeri ixtisar olunacaq", - Fariz Cəfərov əlavə edib.