.jpg)
BAKI, 15 mart. TELEQRAF
"Keçmiş dövrlə müqayisədə bizə artıq innovativ yeniliklər lazımdır".
Teleqraf xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Yeni dünya üçün yeni texnologiyalar” panel müzakirələrində Yunanıstanın sabiq Baş naziri (2009-2011) George Papandreou bildirib.
Onun sözlərinə görə, innovasiyalar barəsində danışarkən bəzi suallar yaranır.
“Süni zəka kimlər tərəfindən idarə olunur? Bu suala cavab olaraq, Qərb ölkələri və ABŞ-ni qeyd edə bilərəm. Süni zəkaya əsaslanan texnologiyalar cəmiyyət arasında rahat şəkildə yayıla biləcəyi halda, bu cür texnoloji vasitələrin yalnız müəyyən dairələrdə əlçatan olduğunu görürük. Bu sahədə də beynəlxalq əməkdaşlıq vacibdir. Ölkələr arasında fərqlərin aradan qaldırılması üçün bu texnologiyaların bütün dünyada yayılmasına ehtiyac var. Biz süni zəkanın demokratiya uğrunda necə istifadə oluna biləcəyi barədə düşünməliyik”, - George Papandreou qeyd edib.