BAKI, 15 fevral. TELEQRAF

"Hökumətlər süni zəkaya qarşı tədbirlər almalıdırlar".

Teleqraf xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Yeni dünya üçün yeni texnologiyalar” panel müzakirələrində BMT-nin Baş Qərargahında İnformasiya və kommunikasiya texnologiyaları ofisinin informasiya texnologiyaları mütəxəssisi, Baş katibin köməkçisi Bernardo Mariano qeyd edib.

O, süni zəkanı 17 yaşlı gəncə bəzədib:

"Süni intellekt böyük problemləri həll edə bilər. O, icmaya xidmət edir, uşaqların haqları sahəsindən çıxış edə bilir. Ancaq bunun qaranlıq tərəfləri bəzi problemlər yaradır. Elə sahələr var ki, süni intellektdən bu yöndə neqativ istifadə edilir. Ona görə də hökumətlər süni zəkaya qarşı tədbirlər almalıdırlar".