
BAKI, 14 mart. TELEQRAF
Fövqəladə Hallar Nazirliyi "Boranı" restoranında baş verən yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən Teleqraf-a verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində ümumi sahəsi 1200 m² olan ikimərtəbəli mansarda tipli binanın ikinci mərtəbəsində restorana aid havalandırma sistemində yağ qalıqları yanıb.
Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
10:28
Restoranın tüstü bacasında baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində restoranda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
Əlavə məlumat veriləcək.
***
10:11
Bakıda "Boranı" restoranında yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, FHN-in 112 qaynar telefon xəttinə Xətai rayonu, Əhmədli qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Əraziyə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.