BAKI, 15 mart. TELEQRAF

Sumqayıtda uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Teleqraf xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalan uşağın xilas olunması təmin edilib.