BAKI, 15 mart. TELEQRAF

"Növbəti 5 il üçün rəqamsal strategiyalar sənədi hazırlayırıq".

Teleqraf xəbər verir ki, bunu Dördüncü sənaye inqilabının təhlili və koordinasiya mərkəzinin icraçı direktoru Fariz Cəfərov XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Yeni dünya üçün yeni texnologiyalar" panel müzakirədə deyib.

O bildirib ki, bu yöndə işlər aparılır.

F.Cəfərov, həmçinin Azərbaycanın hansı sahələrdə süni intellektdən istifadə etdiyini bildirib:

"Hazırda unikal sistem yaratmışıq. Zəng mərkəzlərində süni zəkadan istifadə edirik. O, müraciət edənin sualını başa düşür və qayadalara uyğun cavab verir. Bundan başqa süni zəka müəyyən edə bilər ki, vətəndaş qəzəbli danışır, ya yox. Zavodlarda havaya buraxılan zəhərli qazların miqdarını da sünki zəka müəyyən edir. Böyük zavodlarımızın fasiləsiz işləməsi üçün süni zəkadan istifadə olunur. Vətəndaşın üzünün tanınmasında ondan yararlanırıq".