
GORANBOY, 14 mart. TELEQRAF
Bu gün saat 11:20 radələrində 2016-cı il təvəllüdlü 2 azyaşlı (1-i qadın, 1-i kişi cinsli olmaqla) zəhərlənmə şübhəsi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Onlara dəqiqləşdirilməmiş dispepsiya diaqnozu təyin edilib.
Pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
***
12:09
Goranboyda məktəblilər pambıq şəkərindən zəhərləniblər.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, zəhərlənmə faktı rayonun Səfikürd kəndində qeydə alınıb.
Kənd tam orta məktəbinin 3-cü sinif şagirdləri - 2016-ci il təvəllüd N.Kərimova və S.Əliyev zəhərlənmə diaqnozu ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda onların müalicəsi davam etdirilir.